Birol Akgün: Xankəndidə regionun sonrakı gələcəyi ilə bağlı önəmli müzakirələr aparılacaq

“Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) 17-ci Zirvə görüşündə 13 ölkədən nümayəndələr iştirak edəcək. Tədbirdə regionun sonrakı gələcəyi ilə bağlı önəmli müzakirələr aparılacaq”.
Lider-media.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün AzTV-yə müsahibəsində deyib.
“Biz Türkiyə-Azərbaycan əlaqələrinin davamlı olaraq daha da inkişaf etdirilməsinə dəstəyimizi əsirgəməyəcəyik. Biz iki qardaş ölkə kimi bir-birimizə ürəkdən, candan bağlıyıq və bu, gələcəkdə də belə davam edəcək", - deyə səfir vurğulayıb. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Zirvə görüşündə iştirak edəcəyini deyib.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin media sahəsindəki əhəmiyyətindən danışan Birol Akgün AzTV-nin media fəaliyyətini də yüksək qiymətləndirib. Səfir birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Səadət
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||