lider-media.az

Donald Tramp: “İsraildən narazıyam”

Baxış: 134233 Tarix: 24-06-2025, 16:25

israilden-naraziyam

“İran və İsrail atəşkəs rejimini pozub”. Bunu ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak üçün Haaqaya yollanmamışdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Onlar (iranlılar - red.) atəşkəsi pozdular, lakin İsrail də eynisini etdi. İsraildən narazıyam”, - deyə Tramp qeyd edib. 

O, həmçinin İranın nüvə proqramının məhv edildiyini və İranın bunu bərpa edə bilməyəcəyini vurğulayıb. 

Bununla yanaşı, Tramp “Truth Social” sosial şəbəkə hesabında paylaşım edərək İsraili İranı bombalamamağa çağırıb: “İsrail, bomba atmayın. Əgər bunu etsəniz, bu, çox ciddi pozuntu olacaq. Dərhal pilotlarınızı geri qaytarın!”

Xatırladaq ki, bu gün səhər saatlarında İran və İsrail arasında atəşkəs qüvvəyə minmişdi. Lakin daha sonra İsrailin müdafiə naziri İsrael Katz İranın atəşkəs rejimini pozduğunu açıqlayıb və bildirib ki, İsrail ordusuna Tehrana zərbələr endirməklə bağlı göstəriş verib. İran tərəfi isə atəşkəsi pozması barədə yayılan məlumatları təkzib edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi