lider-media.az

Dövlət Sərhəd Xidməti Hərbi Prokurorluqla birgə maarifləndirmə tədbirləri keçirib

Baxış: 5211 Tarix: 24-06-2025, 15:50

Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması, şəxsi heyət arasında hərbi intizamın gücləndirilməsi, hüquqi biliklərin artırılması, radikal dini cərəyanların zərərli təsirlərinə qarşı effektiv mübarizə məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissə və sərhəd bölmələrində Respublika Hərbi Prokurorluğu ilə birgə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilib. 

Lider-Media.az-a DSX-nin mətbuat mərkəzindən bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılıb, bu əməllərin hüquqi və mənəvi nəticələri ətraflı izah edilib. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilib.

Çıxışlarda radikal dini ideologiyaların xarici mərkəzlər tərəfindən cəmiyyətə, xüsusilə gənclərə yönəlmiş ideoloji təhdid vasitəsi kimi istifadə olunduğu, bunun yalnız fərdi deyil, ümumilikdə dövlətin təhlükəsizliyi üçün ciddi risklər yaratdığı şəxsi heyətin diqqətinə çatdırılıb.

DSX və Respublika Hərbi Prokurorluğu tərəfindən keçirilən birgə tədbirlərin hərbi qulluqçuların hüquqi savadlılığının artırılmasına, ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə, orduda və bütövlükdə cəmiyyətdə təhlükəsizlik və sabitliyin qorunmasına xidmət etdiyi xüsusi olaraq qeyd olunub.

Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılıb və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi