lider-media.az

Hörmüz boğazı bağlansa...

Baxış: 451 Tarix: 22-06-2025, 21:31

Türkiyə Hörmüz boğazının bağlanması ehtimalına qarşı Orta Dəhliz və İnkişaf Yolu kimi logistik layihələrin həyata keçirilməsi üzərində çalışmaqla tədbirlər görür. Bu sözləri Türkiyə nəqliyyat naziri Əbdülqadir Uraloğlu deyib.

“Hörmüz boğazının bağlanacağı təqdirdə quru və dəniz yollarımız olmalıdır. Ona görə də biz Orta Dəhliz və İnkişaf Yolu layihələrini həyata keçirmək üçün lazım olan hər şeyi edirik. İnkişaf Yolunun 2,1 min km-i bizim ərazimizdən keçir və biz ona 24 milyard dollara yaxın sərmayə qoyacağıq. Orta Dəhlizi gücləndirməyə çalışırıq, ərazimizdən keçən 2,2 min km-lik hissəsinin tikintisini başa çatdırmışıq”, - nazir bildirib.

Uraloğlunun sözlərinə görə, İnkişaf Yolunun tikintisi başa çatdıqdan sonra Avropaya çatdırılma müddəti 25 günə, Orta Dəhliz vasitəsilə isə 13 günə enəcək.

Qeyd edək ki, bu gün ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra İran parlamenti Hörmüz boğazının bağlanması təşəbbüsünü dəstəkləyib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi