lider-media.az

Papa Leo: Müharibəni dayandırın

Baxış: 187 Tarix: 22-06-2025, 17:07

Müharibə faciəsini düzəlməz uçuruma çevrilməmiş dayandırın Bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı səsləndirib. Roma Papası beynəlxalq ictimaiyyəti və diplomatiya üzvlərini silahları susdurmağa, geri dönüşü olmayan yola çıxmazdan əvvəl ağılla və məsuliyyətlə davranmağa çağırıb: “Yaxın Şərqdə gərginlik maksimum səviyyədədir. Həyəcanlı xəbərlər bir-birini izləyir, xüsusən də İrandan. Müharibə problemləri həll etmir, əksinə onları gücləndirir və xalqların tarixində dərin yaralar açır. Heç bir silahlı qələbə anaların ağrısını, uşaqların qorxusunu və oğurlanmış gələcəyi kompensasiya edə bilməz. Bəşəriyyət qışqırır və sülhə çağırır. Qoy diplomatiya silahları susdursun”.

Papa Leo Qəzzadakı vəziyyətdən narahatlığını ifadə edib, humanitar dəstəyin aktuallığının getdikcə daha çox artdığını bildirib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi