lider-media.az

NASA alimləri həyaqcan təbili çalır

Baxış: 2 Tarix: 22-06-2025, 12:07

NASA alimləri Braziliyanın  həddindən artıq istiləşmə səbəbindən yaşayış üçün yararsız hala düşəcəyi barədə həyəcan təbili çalırlar.  Xəbərdarlıq tropik bölgələrdə fəlakətli temperatur artımı təhlükəsinə işarə edən tədqiqat nəticələrinə əsaslanır.

Alimlər 2020-ci ildən indiyə kimi havanın həddindən artıq istiliyinin  tezliyini təhlil edən  araşdırma aparıblar. "Science Advances" jurnalında dərc edilən tədqiqatın nəticələri  göstərib ki, yüksək rütubət və 35° Selsidən yuxarı temperatur şəraitində insan orqanizmi tərləmə ilə soyuya bilmir və bu, həyat üçün birbaşa təhlükə yaradır. Braziliya əvvəlcə kritik zonalar siyahısına daxil edilməsə də, 2022-ci ildə NASA öz bloqunda ölkəni ölümcül istilərə ən həssas ölkələrdən biri kimi qeyd edib. Bu məlumatları klimatoloqlar da təsdiqləyir. "Bu, təkcə Braziliya deyil. Qlobal temperatur 4° Selsi artarsa, tropiklərin böyük hissələri və hətta orta enliklər yaşayış üçün yararsız hala düşə bilər", - deyə braziliyalı klimatoloq Karlos Nobre qeyd edib. NASA bildirir ki, 2070-ci ilə qədər Yer kürəsinin çox hissəsi, o cümlədən Braziliya yaşayış üçün yararsız hala düşə bilər. Dünyanın ekosistemləri artıq dağılır və təcili tədbirlər görülməsə, bəşəriyyət iqlim fəlakəti riski ilə üzləşəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi