lider-media.az

Azərbaycan və Türkiyə MMU dinləyicilərinin birgə hərb oyunu keçirilib

Baxış: 170 Tarix: 21-06-2025, 15:05

İstanbul şəhərində Azərbaycan və Türkiyə Milli Müdafiə universitetlərinin (MMU) akademiya pilləsində təhsil alan zabitlərin iştirakı ilə birgə hərb oyunu keçirilib. 
Azərbaycan tərəfdən təlimdə Hərbi İdarəetmə İnstitutunun Əməliyyat-taktiki fakültəsinin bir qrup zabiti və müəllim-professor heyəti iştirak edib. 
Təlimin məqsədi birgə əməliyyatlar zamanı zabitlərin müvafiq vəzifələrdə qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, müasir silah sistemlərinin hərbi əməliyyatlarda tətbiqinin və onlarla mübarizə üsullarının planlaşdırılması, habelə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. 
Birgə hərb oyununun “Yüksək Müşahidəçi Günü”ndə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, 1-ci Ordu komandiri ordu generalı Metin Tokel, MMU-nun rektoru professor Erhan Afyoncu, Azərbaycan tərəfdən Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli və digər vəzifəli şəxlər iştirak ediblər. 
Təlimin nəticələri, o cümlədən iştirakçıların birgə fəaliyyətləri qiymətləndiricilər qrupu və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi