lider-media.az

Baş Prokurorluğun idarə rəisi GRECO nümayəndə heyətinin tərkibində Türkiyədə görüşlər keçirib

Baxış: 89 Tarix: 20-06-2025, 20:16

Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) yüksək səviyyəli nümayəndə heyətinin tərkibində Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Ankarada səfərdədir.

GRECO prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Böyük Millət Məclisinin vitse-spikeri Bəkir Bozdağ, Hakimlər və Prokurorlar Şurasının sədr əvəzi Turan Kuloğlu və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib.

Səfər zamanı nümayəndə heyəti Türkiyə hökumətini parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın qarşısının alınması və dürüstlüyün gücləndirilməsi sahəsində GRECO-nun tövsiyələrinin tam şəkildə icrasını təmin etməyə çağırıb.

İdarə rəisi Elnur Musayev görüşlər zamanı müvafiq tövsiyələrin icrasının əhəmiyyətini vurğulayaraq, Türkiyədə hakim və prokurorların cəmiyyətdəki nüfuzunun qədim adət-ənənələrə əsaslandığını, etik prinsiplərin isə əsrlər boyu formalaşmış təcrübə və dəyərlərdən qaynaqlandığını bildirib. O, bu sahədə uğurlu nəticələrin yaxın gələcəkdə əldə olunacağına ümid etdiyini ifadə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi