20 iyun Qaz işçilərinin peşə bayramı günüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 12 iyun tarixli Sərəncamı ilə qaz təsərrüfatı işçilərinin peşə bayramı günü təsis edilmişdir və hər il iyunun 20-də ölkəmizdə bu bayram təntənəli surətdə qeyd olunur.
Artıq 19-cü ildir ki, Azərbaycanda qaz təsərrüfatı işçiləri peşə bayramlarını qarılayırlar. Respublikamızda qaz təsərrüfatının yaranma tarixinin ötən əsrin 20-ci illərinə təsadüf etməsinə baxmayaraq, keçmiş SSRİ Xalq Komissarları Sovetinin 1936-cı ildə qəbul etdiyi qərar əsasında həmin ildən etibarən respublikamızda qaz təsərrüfatı rəsmən fəaliyyətə başlamışdır.

Azərbaycanda qaz təsərrüfatı 89 il bundan əvvəl yaransa da, onun əsl inkişaf tarixinin 1969-cu ildən - ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra başlanılmış, ulu öndərin rəhbərliyi altında həmin illərdə bu sahədə uğurlar qaznımışdır. Ötən əsrin 70-ci illərində respublikamızın ərazisinin 85 faizi təbii qazla təmin edilmiş, o zaman ulu öndərin titanik fəaliyyəti bugünkü müstəqil Azərbaycanın qaz təsərrüfatının inkişafı üçün böyük stimul yaratmışdır.
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||