lider-media.az

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

Baxış: 128 Tarix: 19-06-2025, 19:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Keniya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram. Keniya ilə Azərbaycan arasında son iyirmi ildə həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə inkişaf edən mehriban münasibətlər mövcuddur. Qarşılıqlı faydalı tərəfdaşlığımızın yeni sahələrində, o cümlədən ticarət və investisiyalar, təhsil, informasiya-kommunikasiya texnologiyaları, iqlim fəaliyyəti, enerji və digər istiqamətlərdə böyük potensial vardır. Ümidvaram ki, bu əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Fürsətsən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Uillyam Samoei Ruto

Keniya Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi