lider-media.az

ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində yer alıb

Baxış: 281 Tarix: 19-06-2025, 13:34

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2025-ci il üçün “THE Impact Ranking” reytinqini açıqlayıb. “THE University Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirir. Reytinqin 2025-ci il üçün nəzərdə tutulan 7-ci nəşrinə 2318 universitet daxil edilib.  
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) müvafiq reytinq qiymətləndirilməsində ilk dəfə yer almasına baxmayaraq dünya üzrə 1001-1500-cü sıralamada yer alaraq, ölkə üzrə 6-cı, region universitetləri arasında 1-ci və DİM 2 üzrə (aclığa son) isə Azərbaycan universitetləri arasında ilk yerdə qərarlaşıb.
ADAU-nun DİM üzrə göstəriciləri aşağıdakı kimidir:
- DİM 2 üzrə (aclığa son) 955 müəssisə arasında 201-300;  
- DİM 11 üzrə (dayanıqlı şəhərlər və icmalar) 1154 müəssisə arasında 401-600; 
- DİM 8 üzrə (layiqli əmək və iqtisadi artım) 1350 müəssisə arasında 601-800;  
- DİM 13 üzrə (iqlim dəyişikliyinə qarşı mübarizə) 1089 müəssisə arasında 601-800; 
- DİM 17 üzrə  isə (məqsədlər üçün tərəfdaşlıq)  2389 müəssisə arasında 1001-1500. 
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi