lider-media.az

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilir

Baxış: 208 Tarix: 19-06-2025, 10:36

İyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub.

İclasda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ iştirak edirlər.

İclasın sonunda TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsinin imzalanması nəzərdə tutulur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi