lider-media.az

Azərbaycana təşəkkür etdi

Baxış: 151 Tarix: 19-06-2025, 10:28

azerbaycana-tesekkur-etdi

Xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.  XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri, həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib. C.Bayramov öz növbəsində Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.  Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi