lider-media.az

Yalnız 7 dəqiqəyə

Baxış: 220 Tarix: 18-06-2025, 23:14

7-deqiqeye-israile-catir

 İran ilk dəfə İsrail torpaqlarına “Sacil” ballistik raketi atıb. İran istehsalı olan bu silahın qiyməti 10 milyon dollardır. O, maye yanacaqla işləyən “Şahab” ballistik raketlərinin əvəzedicisi kimi bilinir. Kompozit bərk yanacaqla çalışan “Sacil”  “Şahab-3” ortamənzilli ballistik raketindən fərqli olaraq, dəyişən bucaq altında buraxıla bilər.

Hündürlüyü 25 metr olan bu raketin adı farscadan “yetişən çiçək” mənasını verir ki, bu da raketin səmada buraxdığı izlərlə bağlıdır.

İranın hərbi ekspertlərinin fikrincə, bu raket İsrailin hücum etməyə çalışdığı nüvə məntəqəsi (red.- Natzan) ilə Təl-Əviv arasındakı məsafəni 7 dəqiqə ərzində qət edə bilir. 2000 kilometr uçuş məsafəsinə malikdir. O, məsafə qət etməsindəki sürətinə görə İran və dünyanın ən sürətli raketlərindən biri sayılır. SEPAH bildirir ki, “yer-yer” tipli bu raket ikimərhələli stuktura malikdir. Onun ilk sınaq prosesi 2008-ci ildə həyata keçirilib.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi