lider-media.az

Binəqədi-Görədil və Binəqədi-Balaxanı avtomobil yollarının kəsişməsində təmir işləri aparılır 

Baxış: 492 Tarix: 18-06-2025, 21:40

Paytaxt ərazisində rahat və təhlükəsiz gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mərhələli şəkildə təmir işləri həyata keçirilir.

Bu çərçivədə Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə başlanılmışdır. Sözügedən yol sahəsində aparılan təmir işləri təxminən 200 metr uzunluğunda ərazini əhatə edir.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Qeyd olunan təmir işləri nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdən ehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi