lider-media.az

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərə dair açıqlaması

Baxış: 109 Tarix: 18-06-2025, 16:58

Regionda baş verən son hadisələr fonunda Azərbaycan Respublikası hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb.

Aparılan monitorinqlərin təhlili nəticəsində müəyyən edilib ki, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyaları təşkil edilir.

Cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının rəsmi mövqeyinin Xarici İşlər Nazirliyi və dövlət rəsmiləri tərəfindən səsləndirilməsinə baxmayaraq, “Telegram”, “Facebook”, “X”, “TikTok” və “YouTube” kimi platformalar üzərindən aparılan fəaliyyətlərdə təhrif olunmuş, saxta məlumatlar yayılır.

Münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bu hərəkətlərin məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərini pozmaqdır.

Təəssüf hissə ilə qeyd olunmalıdır ki, dövlətimizə qarşı aparılan bu informasiya kampaniyalarına dəstək verənlər arasında Azərbaycan əsilli şəxslərə və vətəndaşlarımıza da rast gəlinir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür.

Bütün maraqlı tərəfləri, o cümlədən vətəndaşlarımızı yalnız rəsmi məlumatlara inanmağa, məkrli qüvvələr tərəfindən yayılan bu cür saxta informasiyalarla mübarizə aparmağa çağırırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi