lider-media.az

Ceyhun Bayramov Sergey Lavrovla İsrail-İran qarşıdurmasını müzakirə edib

Baxış: 295 Tarix: 18-06-2025, 16:47

bayramov-lavrovla-israil-iran-qarsidurmasini-muzakire-etdi

Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub. Telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti, eləcə də Azərbaycanla Rusiya arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Rusiya XİN rəhbəri incəsənət xadimləri daxil olmaqla, Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində ölkəmiz tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.

Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.  Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi