lider-media.az

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Baxış: 142 Tarix: 17-06-2025, 20:48

bas-prokuror-turkiyenin-bas-ombudsmani-ile-gorusub

Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.

Görüşdə Baş prokuror ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunduğunu qeyd edərək,  bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və strateji sənədlərin sistemli fəaliyyətin əsasını təşkil etdiyini bildirib. Səmimi qəbula görə təşəkkürünü bildirən Mehmet Akarca müxtəlif illərdə Ankarada, İstanbulda, Bakıda və Naxçıvanda keçirilmiş çoxsaylı görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoq ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Kamran Əliyev ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsindəki xidmətlərinə görə Mehmet Akarcanı Azərbaycan Prokurorluğunun 100 illiyi yubiley medalı ilə təltif edib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi