lider-media.az

SORĞU-Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək

Baxış: 704 Tarix: 30-04-2024, 22:56

Fransa seçiciləri Avropa Parlamentinə (AP) iyunda keçiriləcək seçkilərdən Fransa Prezidenti Emmanuel Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcəklər.

Lider-media.az “Brüssels Signal”a istinadən xəbər verir ki, bu, Fransa İctimai Rəy İnstitutunun (IFOP) keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.

Sorğuya görə, respondentlərin 37 faizi Avroparlamentdəki səslərini Makronun siyasətinə qarşı olduqlarını ifadə etmək üçün vermək niyyətindədirlər.

Respondentlərin 58 faizi isə vurğulayıblar ki, onların səsvermə qərarlarına Avropa İttifaqının ümumi problemlərindən daha çox milli məsələlər təsir edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi