lider-media.az

#maarifləndirmə - Ətraf mühitə dair informasiya (2)

Baxış: 76 Tarix: 28-02-2024, 18:38

Ətraf mühitə dair informasiya verməkdən imtinanın əsasları
 
  Dövlət və yerli özünüidarəetmə orqanları ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğuya cavab verməkdən, habelə informasiyanın yayılmasından aşağıdakı hallarda imtina edə bilər:

1. dövlətin təhlükəsizlik məsələləri ilə bağlı olduqda;

2. dövlət hakimiyyəti orqanlarının beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə məxfi materiallarına istinad edildikdə;

3. məhkəmə orqanlarında baxılan və ya ibtidai istintaq mərhələsində olan məsələlərə aid olduqda;

4. kommersiya sirrinə aid olduqda;

5. açıqlanması ətraf mühit üçün təhlükə yaradacağı və ya onun komponentlərinə zərər vura biləcəyi təqdirdə;

6. qanunvericiliklə müvafiq səlahiyyətə malik olmayan və ya üzərinə belə öhdəlik qoyulmayan, habelə məlumatların yayılmasına razılıq verməyən üçüncü şəxs tərəfindən təqdim olunmuş materiallara istinad olunduqda.

  Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğuya baxılması
 
  Ətraf mühitə dair informasiya almaq barədə müraciət və ya sorğu qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata götürülür, baxılır və cavab verilir.

  Müraciət və ya sorğunu təmin etməkdən imtina olunduqda müraciət edənə ən geci 10 gün müddətində, səbəbləri göstərməklə cavab verilir. Müraciət və ya sorğunun əhatə etdiyi məlumatlar vaxtında verilmədikdə əhəmiyyətini itirirsə, cavab dərhal, bu mümkün olmadıqda 24 saat ərzində verilir. Digər hallarda ətraf mühitə dair informasiya almaq üçün müraciət və sorğuya bir aydan gec olmayaraq, məlumat mürəkkəb olduqda isə (sorğu verənə ilkin cavab verməklə) iki ay ərzində cavab verilməlidir.

  Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğuya cavabları dövlət və ya yerli özünüidarəetmə orqanlarının rəhbərləri, həmin orqanlarda ətraf mühitə dair informasiya üçün məsul olan vəzifəli şəxs verir. Cavabda sorğu edilən informasiya ilə bağlı konkret məlumatlar göstərilir və tələb olunduqda müvafiq sənədlərin surəti əlavə olunur.

  Ətraf mühitə dair informasiya barədə verilən cavabda həmin informasiyanın kommersiya məqsədi ilə ötürülməsi, satılması, çoxaldılması, dərc edilməsi şərtləri bildirilməli və ya qadağan olunması göstərilməlidir.

  Ətraf mühitə dair informasiya almaq üçün müraciətin və ya sorğunun təmin edilməsindən imtina, cavab verən orqan tərəfindən əsaslandırılmalıdır.

  Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılmasına görə məsuliyyət

  Ətraf mühitə dair informasiyanın verilməsinin qanunazidd məhdudlaşdırılması inzibati xəta hesab edilir və vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi