lider-media.az

NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib

Baxış: 1 Tarix: 17-06-2025, 10:56

Paytaxtın Ziya Bünyadov və Tbilisi prospektlərində, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin həmin səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yük avtomobillərinin sürücülərinə müraciətində deyilir.

Bildirilir ki, NİİM-in müşahidə kameralarının görünüş dairəsində bu ilin yanvar-may ayları ərzində ümumilikdə 852 texniki nasaz avtomobilin yolda qaldığı qeydə alınıb ki, onların da bir neçəsi yük avtomobilləridir.

Mərkəz sürücülərə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqmalı yandırılmaqla təhlükəsizlik təmin edilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi