lider-media.az

İranın 6 nüvə alimi öldürülüb

Baxış: 336 Tarix: 13-06-2025, 10:20

İranın 6 nüvə alimi ÖLDÜRÜLDÜ

İranın 6 nüvə alimi ÖLDÜRÜLDÜ

İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Ölənlər Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasidir.

Bildirilib ki, bu hücum İranın elmi potensialına və texnoloji inkişafına ciddi zərbə vurmaq məqsədi daşıyıb. Çünki sözügedən alimlər ölkənin nüvə proqramının inkişafında mühüm rol oynayıb və beynəlxalq elmi dairələrdə tanınmış mütəxəssislər olub.

“Məhəmmədmehdi Tehranci İran Azad Universitetinin rektoru və nüvə fizikası sahəsində tanınmış alim idi. Feridun Abbasi isə əvvəllər İranın Atom Enerjisi Təşkilatının rəhbəri vəzifəsində çalışıb və 2010-cu ildə ona qarşı sui-qəsd cəhdi olub”, - məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi