Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Bu çərçivədə Abşeron rayonunun Hökməli qəsəbəsində şəhid Elşən Müslümov və şəhid Zülfüqar Qubadovun adlarını daşıyan küçələrdə təmir-bərpa işləri həyata keçirilir. Layihəyə uyğun olaraq, Elşən Müslümov küçəsinin ümumi uzunluğu 850 metr, Zülfüqar Qubadov küçəsinin uzunluğu isə 600 metr təşkil edir. Hər iki küçənin hərəkət hissəsinin orta eni 6 metrdir.
Hazırda sözügedən ərazilərdə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçələrin profilə salınması prosesi həyata keçirilir. Aparılan işlər layihə-qrafikə uyğun şəkildə davam etdirilir və ilkin mərhələnin tamamlanması ərəfəsindədir.
Növbəti mərhələdə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə səviyyəsinə uyğunlaşdırılması və onların yenilənməsi nəzərdə tutulur. Layihənin başa çatdırılması ilə, qeyd olunan küçələr müasir standartlara uyğun şəkildə yenidən qurularaq əhalinin istifadəsinə veriləcək.
Qeyd edək ki, 2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev küçəsində də analoji təmir-bərpa işlərinin aparılması planlaşdırılır.






ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını böyük fərəhlə qeyd edir - MƏQALƏ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?