lider-media.az

Fərid Qayıbov Altınbek Maksudov və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Baxış: 240 Tarix: 24-04-2024, 11:18

Aprelin 23-də gənclər və idman naziri Fərid Qayıbov Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksudov və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir onlara ölkəmizin idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Qırğızıstan mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Acımalıyev, Beynəlxalq əlaqələr və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Nusubalı Jakıpbəyov, mətbuat xidmətinin rəhbəri Aynura Abdulkalyevna da iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi