lider-media.az

Fərid Qayıbov Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Baxış: 447 Tarix: 13-03-2024, 09:29

Martın 12-də gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir onlara ölkəmizin gənclər siyasəti sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə nazir müavini İndira Hacıyeva, Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Zurab Pataradze və digər məsul şəxslər iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi