Bu barədə Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilir.. Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mükafatı Xalq artisti Arif Babayevin evində sənətkara təqdim edib. Fərəh Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb.
Arif Babayev Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin, o cümlədən muğam sənətinin inkişafını daim diqqətdə saxladığını, qayğı göstərdiyini vurğulayıb. O, Ulu öndərin adını daşıyan bu ali mükafata layiq görülməsini həm də muğam sənətinə verilən yüksək qiymət kimi səciyyələndirib, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Sənətkar bu günlərdə doğma yurdu Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsini böyük sevinc və qürur hissi ilə qarşıladığını deyib: "Ağdam Muğam Mərkəzinin açılış mərasimini televiziyadan izləyirdim. Konsertdə, xüsusilə, "Qarabağ şikəstəsi"nin ifası zamanı göz yaşımı saxlaya bilmədim. Var olsun möhtərəm Prezidentimiz, Qarabağımızı bizə qovuşdurdu. İndi mədəniyyətimiz, muğamımız da o torpaqlara qaytarılır. İnanıram ki, Azərbaycan muğamı Qarabağda yenidən canlanacaq. Ağdamdakı Muğam Mərkəzi bu sahədə böyük rol oynayacaq.
Qarabağımızda mədəniyyəti belə sürətlə dirçəltdiyinə görə möhtərəm Prezident İlham Əliyevə, muğamımızın dünya şöhrəti qazanmasına davamlı dəstək verən Heydər Əliyev Fonduna və onun rəhbəri, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, pedaqoq, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub.


DƏYƏRLİ BİR ÖMRÜN HƏYAT HEKAYƏSİ
Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir
Heydər Əliyev Fondu xeyirxah əməlləri ilə ümummilli liderin adını yaşadır
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb