lider-media.az

Türkiyə prezidenti 13 illik fasilədən sonra İraqda

Tarix: 22-04-2024, 21:50

O, İraqın paytaxtı Bağdadda həmkarı Əbdüllatif Rəşid və sonra baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşüb

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 illik fasilədən sonra İraqa rəsmi səfər edib. O, İraqın paytaxtı Bağdadda həmkarı Əbdüllatif Rəşidlə görüşüb. Söhbət zamanı Türkiyə ilə İraq arasındakı ikitərəfli əlaqələr, İsrailin Qəzzaya hücumları, regional və qlobal məsələlər, terrorla mübarizə mövzuları müzakirə olunub.

  Görüş zamanı Ərdoğan Türkiyənin İraqdan terror təşkilatı PKK ilə mübarizə ilə bağlı gözləntilərinin olduğunu, İraqın hər cür terrordan təmizlənməsi vacibliyini vurğulayıb.

  İraqın sabitliyi üçün Bağdad ilə Şimali İraq Regional İdarəçiliyi arasında əlaqələr, o cümlədən türkmənlərin layiq olduqları mövqeyi ilə bağlı danışan Ərdoğan İsrailin Qəzza basqınını da dayandırmaq üçün səylərin davam etdiyini və müsəlman ölkələrin bu prosesdə birlikdə hərəkət etməli olduğunu diqqətə çatdırıb.

  Türkiyə prezidenti bir günlük səfəri çərçivəsində Bağdadda baş nazir Məhəmməd Şia əl-Sudani ilə də görüşüb.

  Səfər zamanı iki ölkə arasında 20-ə yaxın müqavilə imzalanacaq. Sənədlər təhlükəsizlik başda olmaqla, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil və digər sahələri əhatə edir.

  Səfər çərçivəsində İraqda biznes forumun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə Türkiyə ilə İraq arasında ticarətin həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi