lider-media.az

MSK sədri: Bu günədək 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib

Baxış: 539 Tarix: 29-01-2024, 10:55

Növbədənkənar prezident seçkiləri ilə bağlı 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Məlumdur ki, ölkədə 6300-dən çox seçki məntəqəsi var. Hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür. Əsas məqsəd odur ki, müşahidəçilər fəal olsunlar, çünki onların müəyyən məsələlərə müdaxilə etmək səlahiyyətləri var.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Beynəlxalq müşahidəçilərin sayının 800-ə çatdığını bildirən MSK sədri əlavə edib: “Beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib hesab edirik. Çox istərdik ki, xüsusilə ATƏT-in uzunmüddətli missiyası da müşahidə prosesində fəal iştirak etsin. ATƏT-in müşahidəçilərinin vəzifəsi işğaldan azad bölünmüş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki biz bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi