lider-media.az

Növbəti hərracda 57 nəqliyyat vasitəsi satılıb

Baxış: 258 Tarix: 23-04-2025, 22:43

Aprelin 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 57 nəqliyyat vasitəsi satılıb.Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 84 sifariş qəbul edilib. Bunlarda 21-i onlayn qaydada həyata keçirilib. Rəqabətli keçən hərracda ilkin satış qiyməti 7.500 manat olan “BMW 530I” markalı avtomobil 9.075 manata, 3.975 manata olan “Khazar” markalı avtomobil isə 4.298 manata satılıb.Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/4jGI2id linki vasitəsilə tanış olmaq olar.

6, 7, 13 və 27 may tarixlərində keçiriləcək növbəti hərraclara nəqliyyat vasitələri və avadanlıqlar çıxarılıb.İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi