lider-media.az

Şəhidimizin doğum günüdür

Baxış: 806 Tarix: 20-04-2025, 07:34

20 aprel 1997-ci ilde Lənkəranın Darquba kəndində dünyaya gəlib. 2003-2012-ci illər ərzində Darquba kənd tam orta məktəbində 9 illik təhsil alıb. Sonra Lənkəran peşə liseyinde avtomobil çilingəri peşəsinə yiyələnib.
2015-ci ilde Gəncəyə hərbi xidmətə yola düşür. Gəncədə 3 aylıq xidmətdən sonra Daşkəsənə göndərilir. Burdada qısa müddətdən sonra manqa komandiri təyin olunur.
Aprel döyüşlərində Lələtəpə və Talış kəndi uğrunda gedən əməliyyatlarda manqa komandiri, top atıcısı kimi iştirak edib.
Hərbi xidmətini başa vurduqdan sonra Lənkərana qayıdır. 2020-ci il sentyabrın 28-də hərbi komissarlığın çağırışı ilə cəbhəyə yollanır.
Hadrutda, Suqovuşanda, Cəbrayılda, Zəngilanda, Füzuli və Qubadlıda döyüşlərdə atıcı kimi iştirak edir. Oktyabrın 21- də Qubadlıda şəhid olub, noyabrın 5-də Şiləvar kənd qəbristanlığında dəfn olunub.
Vətən uğrunda,Cəbrayıl və Qubadlı döyüşlərinə görə medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi