lider-media.az

 Ötən üç ayda 15,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Baxış: 246 Tarix: 12-04-2025, 09:39

                

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,5 faiz artmışdır. Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artmışdır. Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 dəfə, əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,7 faiz, maşın və avadanlıqların istehsalı 20,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 15,6 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,9 faiz artmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi