lider-media.az

Növbəti hərracda 32 nəqliyyat vasitəsi satılıb

Baxış: 162 Tarix: 8-04-2025, 17:57

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 8 aprel tarixində keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb. Hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 7.000 manat olan “Mercedes Benz” markalı mikroavtobus 12.500 manata, 2.800 manat olan “Kamaz” markalı yük avtomobili isə 9.000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3L3QYU linki vasitəsilə tanış olmaq olar. 
Cari ay üzrə növbəti hərraclar 22 və 24 aprel tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılıb.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi