lider-media.az

Azərbaycan Cibutidə keçirilən beynəlxalq forumda təmsil olunur

Baxış: 257 Tarix: 7-04-2025, 10:40

Azərbaycan Cibutidə keçirilən beynəlxalq forumda təmsil olunur

Azərbaycan Cibutidə keçirilən beynəlxalq səviyyəli “Cibuti Forum 2025” tədbirində iştirak edir.

Lider-media.az KİV-ə istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini Bəhruz Bəhramov təmsil edir.

Forumu Cibutinin Suveren Sərvət Fondu (Fonds Souverain de Djibouti) təşkil edib. Tədbir inkişaf etməkdə olan bazarlara investisiyaları sürətləndirmək üçün qlobal platformadır. Forumda Cibutinin, eləcə də Afrika qitəsinin potensialı və perspektivləri nümayiş etdiriləcək.

Bundan başqa, forum maraqlı şəxslər arasında əməkdaşlığı inkişaf etdirmək və bütün subregion üçün strateji investisiyaları sürətləndirmək üçün baş direktorları, investorları və digər şəxsləri bir araya gətirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi