lider-media.az

Roma Papası Rəcəb Tayyib Ərdoğana dünyada sülh üçün göstərdiyi səylərə görə təşəkkür edib

Baxış: 476 Tarix: 13-04-2024, 22:52

Roma Papası Rəcəb Tayyib Ərdoğana dünyada sülh üçün göstərdiyi səylərə görə təşəkkür edib


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dünyada sülh üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Lider-media.az xəbər verir ki, bunu Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş Romada Papa Fransisklə görüşündən sonra bildirib.

Əli Ərbaş Roma Papasının görüşdə Rəcəb Tayyib Ərdoğanın dünyada sülh üçün güc sahibi olan və bununla bağlı çox çalışan azsaylı liderlərdən biri olduğunu vurğuladığını deyib.

Görüşdə əsas müzakirə mövzusunun İsrail-Fələstin münaqişəsi və Qəzza zolağında baş verən proseslər olduğu bildirilib, münaqişə həll edilmədən Yaxın Şərqdə daimi sülh və sabitliyin mümkünsüzlüyü vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi