lider-media.az

Netanyahu: İsrail girovların azad edilməsi müqabilində Qəzzada döyüşləri dayandırmayacaq

Baxış: 506 Tarix: 22-01-2024, 00:02

İsrail Fələstinin radikal HƏMAS hərəkatının bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması tələbini rədd edib.

AZƏRTAC xəbər verir ki, bunu İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS girovların azad edilməsi müqabilində müharibənin dayandırılmasını, qüvvələrimizin Qəzzadan çıxarılmasını və hərəkata toxunulmazlıq tələb edir. Bununla razılaşsaq, hərbçilərimizin ölümü bihudə olacaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik. Buna görə də buna razı olmayacağıq”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, yalnız İsrailin Qəzza zolağında tam qələbəsi HƏMAS-ın ləğvini və bütün girovların geri qaytarılmasını təmin edəcək.

Netanyahu xatırladıb ki, İsrail oktyabrın 7-də fələstinli radikallar tərəfindən oğurlanmış 240-dan çox girovdan 110 nəfərin azad olunmasına nail olub. “Biz onların hamısını geri qaytarmağa çalışırıq, bu, müharibənin məqsədlərindən biridir. HƏMAS-a hərbi təzyiq onun başa çatması üçün zəruri şərtdir”, - deyə o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi