lider-media.az

Papa Fransisk Rusiyadakı terror aktını pisləyib

Baxış: 530 Tarix: 25-03-2024, 09:02

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilmiş qanlı terror aktını pisləyib.

Pontifik ənənəvi “Angelus” duası zamanı Moskvadakı terror aktını qorxaqcasına hücum adlandırıb, terroru qınadığını bəyan edib.

“Moskvada törədilən terror aktının qurbanları üçün dua edirəm. Rəbb onların ailələrinə səbir versin. Tanrı öldürmə əmrini verən, bu qeyri-insani hərəkətləri təbliğ və təşkil edən, həyata keçirənlərin qəlbini döndərsin”, - deyə Papa Fransisk vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi