lider-media.az

Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur

Baxış: 287 Tarix: 11-04-2024, 22:04

Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən bildirilib ki, 2024-cü ilin fəaliyyət planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar-təşviqat qrupu hərbi hissələrdə olub, mədəni-kütləvi tədbir keçiriblər.

Mərkəzin yaradıcı heyətinin ifasında təqdim edilən konsert proqramı yüksək ovqatla qarşılanıb.

Həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılıb. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi