lider-media.az

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı daim yüksək səviyyədə saxlanılır

Baxış: 398 Tarix: 5-02-2024, 03:36

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində görülən işlər plana uyğun davam etdirilir.

Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə vaxtını səmərəli təşkil etmək məqsədilə müxtəlif tədbirlər keçirilir.

Asudə vaxtlarda hərbi qulluqçular mütaliə edir, bədii kitablar, qəzet və jurnallar oxuyurlar.

Həmçinin hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir, şəxsi heyətlə stolüstü və digər oyunlar üzrə yarışlar təşkil olunur.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçirilən görüşlər zamanı, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl olunması, fərdi tərbiyə və hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun qurulması istiqamətində səylərin daha da artırılmasının vacibliyi qeyd edilib.

Ümumilikdə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi