lider-media.az

Tərtər Rayon İcra Hakimiyyətində aparat müşavirəsi

Baxış: 40 Tarix: 23-02-2025, 09:17

Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elvin Umudovun sədrliyi ilə keçirilən müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları və İƏD üzrə nümayəndələr iştirak ediblər.

Müşavirədə  “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, Xocalı soyqrımının 33-cü ildönümü ilə bağlı tədbirlər planın icrası, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi