lider-media.az

Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbərinin sədrliyi ilə aparat müşavirəsi

Baxış: 250 Tarix: 14-02-2025, 20:45

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları və İƏD üzrə nümayəndələr iştirak ediblər.

Müşavirədə  “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, vətəndaş müraciətlərinə müvafiq qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, İƏD üzrə nümayəndələr tərəfindən vergilərin yığılmasına köməklik göstərilməsi, əhali arasında daşınmaz əmlaklarının sığortalanması üçün maariflənmə işlərinin aparılması, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, Tərtər şəhərində, o cümlədən bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.

Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elşən Bağırov çıxış edib.

Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi