lider-media.az

2024-cü ildə nəqliyyat dəhlizlərində yük daşımaları

Baxış: 267 Tarix: 19-02-2025, 14:06

2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33258,0 min ton, yük dövriyyəsi isə 13198,3 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 faiz və 2,5 faiz artım müşahidə olunmuşdur. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 394,2 min ton təşkil etmişdir. Yüklərin 15277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 10090,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18840,1 min tonunu tranzit yüklər təşkil etmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi