lider-media.az

  Ötən ay əsas kapitala 787,0 milyon manat yönəldilib

Baxış: 275 Tarix: 15-02-2025, 09:03

                     

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında əsas kapitala 787,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50,0 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 faiz az olmuşdur. İstifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1 faizi məhsul  istehsalı  sahələrinə, 109,8 milyon  manatı (14,0 faizi) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 566,0 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi