lider-media.az

  5,5 milyard manatlıq sənaye məhsulu

Baxış: 157 Tarix: 14-02-2025, 14:25

                       Dövlət Statistika Komitəsinin məlumatına görə. sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar ayında 5,5 milyard manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 4,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artmışdır.  Sənaye məhsulunun 61,0 faizi mədənçıxarma sektorunda, 31,9 faizi emal sektorunda, 6,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalmışdır.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi