lider-media.az

9430,2 milyon manatlıq üdm istehsal olunub

Baxış: 181 Tarix: 13-02-2025, 12:50


   

 Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar ayında ölkədə 9430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artmışdır.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil etmişdir.

     Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi