lider-media.az

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq "Həmdan-İSESKO" mükafatına layiq görülüb

Baxış: 137 Tarix: 8-02-2025, 20:14

Təhsil və sosial müdafiə sahəsində irimiqyaslı layihələri ilə tanınan Heydər Əliyev Fondu, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və Həmdan bin Rəşid Al Məktum Fondunun 4-cü birgə "Həmdan-İSESKO" mükafatının qalibləri sırasına daxil olub.

Mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə görə töhfələrə görə təqdim edilir.Bu il yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb.

Heydər Əliyev Fondu təkcə İslam dövlətlərində deyil, müsəlman dünyasından kənarda da məktəblərin tikintisi və bərpasını həyata keçirən "Təhsil və sosial müdafiə layihəsi"nə görə mükafata layiq görülüb."Həmdan-İSESKO" mükafatının digər qalibləri arasında Yəmənin "Hədrəmaut" Fondu və Mərakeş İbtidai Təhsil Fondu var.Qaliblərin mükafatlandırılması yaxın vaxtlarda rəsmi mərasimdə baş tutacaq və burada onların İslam dünyasında təhsilin dəstəklənməsi və təşviqi sahəsindəki nailiyyətləri qeyd olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi