lider-media.az

Fevralın 7-si saat 9:00-a olan faktiki hava

Baxış: 170 Tarix: 7-02-2025, 09:15

Milli Hidrometeorologiya Xidmətinin fevralın 7-si saat 09:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxı, Neftçalada 20 m/s, Qobustan, Şirvanda 18 m/s, Şahbuzda 17 m/s-yə çatıb.
Düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12, Tərtərdə 11, Beyləqanda 10, Ağdamda 8, İmişlidə 6, Cəfərxanda 5, Yevlax, Sabirabadda 4, Mingəçevir, Zərdab, Şəkidə 3, Mingəçevir, Oğuzda 2, Kürdəmir, Bərdə, Göyçay, Qəbələ, Qobustan, İsmayıllı, Ceyrançöl, Tovuz, Zaqatala, Balakən, Ağstafa, Naxçıvanda 1 mm-dək qeydə alınıb.
Dağlıq rayonlara qar yağır, yağan qarın hündürlüyü Lerikdə 50, Yardımlıda 25, Şuşa, Qubada 20, Kəlbəcər, Laçında 19, Xaltan, Xınalıqda 13, Şahdağda 10, Altıağacda 9, Xankəndində 7 , Qusarda 3, Gədəbəy, Şərurda 2, Altıağac, Daşkəsəndə 1 sm-dir.



Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qırız, Göyçay, Zərdab, Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 100-500 metrədək məhdudlaşıb.Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi