lider-media.az

Noyabrın 29-u saat 09:00-a olan faktiki hava

Baxış: 7 Tarix: 29-11-2024, 09:54

Noyabrın 29-u saat 09:00-a olan faktiki hava

Lider-Media.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 29-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 28 mm-dək (aylıq normanın 50-115 %-i), Ağdamda 10 mm, Füzuli, Qusarda 5 mm, Şuşa, Altıağacda 4 mm, Xaçmaz, Xaltan, Şəki, Naxçıvan, Şəmkir, Qax, Oğuz, Qobustan, İmişli, Sabirabad, Şabran, Kəlbəcər, Zəngilan, Cəfərxanda 3 mm-dək olub.Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 20, Əlibəydə (Zaqatala) 18, Qrızda 17, Şahdağda 12, Altıağacda 10, Xınalıqda 9, Ləzə, Xaltanda 5, Gədəbəydə 2 sm olub.Sarı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi ərazilərində şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsəndə 20 m/s, Qobustan, Mingəçevirdə 18 m/s, Lerikdə 16 m/s-dək güclənib. Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.Sumqayıt, Quba, Qrız, Şəki, Altıağac, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi