lider-media.az

Yanvarın 6-sı saat 09:00-a olan faktiki hava

Tarix: Dünən, 10:15

Yanvarın 6-sı saat 09:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 6-sı saat 9:00-a olan məlumatına əsasən  bəzi yerlərdə arabir yağış yağır.   Belə ki, düşən yağıntının miqdarı Balakəndə 3, Mingəçevir, Tovuz, Ceyrançöl, Oğuz, Gəncə, Qəbələ, Naftalan, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şəmkir, Cəfərxan, Neftçala, Şabran, Lənkəran, Cəlilabad, Ağdam, Xocalı, Xankəndi,  Lerikdə 2, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 10,  Quba, Qax (Sarıbaş), Şahbuzda 5,  Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Xınalıq, Altıağac, Şəki, Xaltan, Qusar, Qobustan, Sədərək, Naxçıvanda 1 sm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi güclənib, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Goranboyda  23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevir, Tərtərdə 18 m/s, Neftçala, Gəncədə 20 m/s, Şahdağda 19 m/s, Şirvanda 16 m/s-yə çatıb.
 
Balakən, Qax (Sarıbaş), Quba, Qusar, Xaltan, Qrız, Daşkəsən, Göygöl, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da  5, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi