lider-media.az

“Qarabağ”ın futbolçusu: Çempionat oyunlarında azarkeş sayının az olması yaralı yerimizdir

Baxış: 244 Tarix: 30-03-2024, 14:35

“İşimizə istəkli və peşəkar yanaşdığımıza görə növbəti dəfə ölkə çempionu olduq. Buna görə çox xoşbəxtəm. Azarkeşlərimizi də təbrik edirəm”.

Bu sözləri açıqlamasında “Qarabağ” komandasının müdafiəçisi Toral Bayramov Azərbaycan Premyer Liqasında əldə etdikləri 11-ci çempionluq barədə danışarkən deyib.

O, növbəti illərdə də bu uğuru davam etdirəcəklərinə inandığını bildirib: “Biz bütün oyunlara qalib gəlmək üçün çıxırıq. Bu, həm daxili çempionatdakı, həm də avrokuboklardakı matçlarımıza aiddir. Heç bir rəqibdən çəkinmirik. Çalışırıq ki, meydanda bütün gücümüzü göstərək. Burada baş məşqçimiz Qurban Qurbanovun əməyi danılmazdır. Bu mövsüm də “Qarabağ” Avropada güclü komanda olduğunu bir daha sübut etdi”.

Azarkeşlərin daxili oyunlar zamanı stadionlara az gəlməsinə də toxunan 23 yaşlı futbolçu növbəti illərdə bu məsələnin öz həllini tapacağına ümid etdiyini vurğulayıb: “Çempionat matçlarında azarkeş sayının az olması yaralı yerimizdir. Avrokubok oyunlarında arena tam olaraq dolur. Bu da bizi çox xoşbəxt edir. Futbolçular azarkeşlərdən hər zaman motivasiya alır”.

Qeyd edək ki, “Qarabağ” ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”ə 6:1 hesabı ilə qalib gələrək sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib. Hazırda “köhlən atlar”ın aktivində 69 xal var.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi