lider-media.az

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi daha bir maarifləndirmə tədbiri həyata keçirib

Baxış: 108 Tarix: 31-01-2025, 19:30

1.jpeg

“Gəncə Qalası” Ticarət Mərkəzində keçirilən toplantıda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb. İclasda işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb.Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin və “Gəncə Qalası” TM-nin əməkdaşları iştirak ediblər.Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi daha bir maarifləndirmə tədbiri həyata keçirib
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi daha bir maarifləndirmə tədbiri həyata keçirib
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi daha bir maarifləndirmə tədbiri həyata keçirib
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi daha bir maarifləndirmə tədbiri həyata keçirib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi